Johnson & Johnson gözləntiləri üstələdi, lakin səhmlər ucuzlaşdı

15:27 - 15.07.2026


15 iyul, Fineko/abc.az. Johnson & Johnson II rüb üzrə gözləntilərdən yaxşı nəticələr açıqlayıb: səhm üzrə mənfəət 2,90 dollar (proqnoz 2,86 dollar), gəlir isə 25,31 milyard dollar (+6,6% illik) təşkil edib. Şirkət həmçinin 2026-cı il üzrə proqnozunu yüksəldib.

Güclü nəticələrə baxmayaraq, səhmlər premarket ticarətində təxminən 1% ucuzlaşıb.

Artım əsasən innovativ tibb seqmenti (onkologiya, immunologiya, neyroelm) hesabına təmin olunub, lakin bəzi preparatların satışındakı azalma ümumi dinamikanı qismən zəiflədib. Tibbi texnologiyalar seqmenti də mülayim artım nümayiş etdirib (+3,6%).