"Bakımənzilkommunlayihə" Layihə İnstitutu kreditorlarına müraciət edib

16:44 - 14.07.2026


14 iyul, Fineko/abc.az. Prezident İlham Əliyevin bu il iyunun 10-da imzaladığı fərmanla ləğv olunmuş "Bakımənzilkommunlayihə" Layihə İnstitutu kreditorlarına müraciət edib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzeti məlumat verib.

Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 192, mənzil 192 ünvanına bildirə bilərlər.