"Apollo" "easyJet" üçün 5,7 milyard sterlinq təklif etdi: Rəqibini sıradan çıxardı

17:00 - 11.07.2026


11 iyul, Fineko/abc.az. ABŞ-nin "Apollo" özəl investisiya şirkəti Böyük Britaniyanın aşağı büdcəli aviaşirkəti "easyJet"i satın almaq üçün 5,7 milyard funt-sterlinq dəyərində nəhəng təklif irəli sürüb.

Bu addımla "Apollo" həftənin əvvəlində aviaşirkətlə prinsipial razılığa gəlmiş digər ABŞ nəhəngi "Castlelake" firmasını prosesdən kənarlaşdırıb. Belə ki, "easyJet" rəhbərliyi daha əvvəl "Castlelake"in 5,5 milyard sterlinqlik təklifini qəbul etməyi planlaşdırdığını açıqlamışdı.

"easyJet"in idarə heyəti "Apollo"nun hər səhm üçün 7,15 sterlinq təşkil edən və tamamilə nağd şəkildə təqdim olunan yeni təklifini səhmdarlara tövsiyə etməyi planlaşdırdığını bəyan edib.

Qeyd edək ki, mərkəzi Londonun Luton hava limanında yerləşən aviaşirkət 38 ölkədə 164 hava limanı üzrə uçuşlar həyata keçirir və 19 min işçiyə sahibdir.