16:12 - 9.07.2026
9 iyul, Fineko/abc.az. “Via Nova Group” QSC 2025-ci ili 3,36 milyon manat xalis mənfəətlə başa vurub. Bu, 2024-cü illə müqayisədə 66% azdır.
Xalis gəlirlərin azalmasına əsas səbəb əsas əməliyyat gəlirlərinin 44,7% azalaraq 18,79 milyon manata enməsi və bunun nəticəsində ümumi mənfəətin 44,1% azalaraq 17,36 milyon manata düşməsi olub. Eyni zamanda, əməliyyat mənfəəti də 66,4% azalaraq 4,20 milyon manata geriləyib.
Hesabat dövrünün sonunda şirkətin bölüşdürülməmiş mənfəəti 8,61 milyon manat təşkil edib ki, bu da ötən illə müqayisədə 1,3% çoxdur.
2025-ci ildə şirkətin əsas əməliyyat gəlirləri 18,79 milyon manat olub ki, bu da illik müqayisədə 44,7% azdır. Satışın maya dəyəri 19,3% azalaraq 1,44 milyon manata enib. Kommersiya xərcləri 216,5% artaraq 54 min manata yüksəlsə da, inzibati xərclər 35,5% azalaraq 13,1 milyon manat, sair əməliyyat xərcləri isə 67% azalaraq 669 min manat təşkil edib. Nəticədə ümumi əməliyyat xərcləri 14,66 milyon manat olub ki, bu da əvvəlki illə müqayisədə 32,8% azdır.
2025-ci ilin sonuna “Via Nova Group”un cəmi aktivləri 10,45 milyon manat təşkil edib ki, bu da bir il əvvəllə müqayisədə 3,8% çoxdur. Aktivlərin 8,16 milyon manatı və ya 78,1%-i qısamüddətli aktivlərin, 2,28 milyon manatı isə uzunmüddətli aktivlərin payına düşüb.
Hesabat dövrünün sonunda şirkətin cəmi öhdəlikləri 1,83 milyon manat olub və bu göstərici illik müqayisədə 17,3% artıb. Cəmi kapital isə 8,62 milyon manata yüksələrək 1,3% artım göstərib. Kapitalın əsas hissəsini 8,61 milyon manat həcmində bölüşdürülməmiş mənfəət təşkil edir.
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026