17:23 - 8.07.2026
8 iyul, Fineko/abc.az. NATO neft məhsulları üzrə boru kəməri şəbəkəsini genişləndirməyə hazırlaşır. Plan çərçivəsində Şərqi Avropa və Baltik ölkələrinin sistemə qoşulması, həmçinin Türkiyədə infrastrukturun gücləndirilməsi nəzərdə tutulur.
Məlumata görə, qərarın 8 iyul tarixində keçiriləcək sammitdə elan olunacağı gözlənilir.
Təxminən 30 milyard dollar dəyərində olan layihə yalnız genişlənməni deyil, həm də soyuq müharibə dövründə qurulmuş sistemin modernləşdirilməsini əhatə edir. Qoşulmaya ən böyük marağı Polşa, Rumıniya və Baltik ölkələri göstərir.
Şəbəkə həm hərbi, həm də mülki məqsədlər üçün istifadə olunur, lakin onun köhnəlməsi və son insidentlər yenilənmənin zəruriliyini göstərir.
28 İyul 2026
28 İyul 2026
27 İyul 2026