Azərbaycanda aktiv vergi ödəyiciləri 3,2 faiz artıb

11:43 - 7.07.2026


7 iyul, Fineko/abc.az. Bu il iyulun 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 3,2 % artaraq 887 129 təşkil edib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Yanvar-iyun ayları ərzində ölkədə aktiv ƏDV ödəyicilərinin sayı 5,1 % artaraq 61 368 olub.

Həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı isə 4 % artımla 242 208 təşkil edib.