10:19 - 6.07.2026
6 iyul, Fineko/abc.az. “Bakı Hövsan Beynəlxalq Dəniz Limanı” ASC-nin səhmdarlarının ümumi yığıncağında cəmiyyətin 2025-ci il üzrə maliyyə-təsərrüfat hesabatı təsdiq edilmişdir.
Hesabata görə, ASC-nin 2025-ci il ərzində illik ümumi gəlirləri 360 min manat təşkil etdiyi halda, bu gəlirlərin əldə olunmasına çəkilən cəmi xərclər 185 784 manat olub.
Xərc maddələri arasında ən böyük payı 65 615 manatla əməkhaqqı xərcləri və 53 395 manatla vergi borclarının bağlanması xərcləri tutub.
Nəticədə, şirkətin 2025-ci il üzrə mənfəəti 174 216 manat olmuş, 34 843 manat həcmində mənfəət vergisi hesablandıqdan sonra isə xalis mənfəət 139 373 manat səviyyəsində qərarlaşıb.