12:29 - 3.07.2026
3 iyul, Fineko/abc.az. Dünya Bankı və Beynəlxalq Valyuta Fondu (IMF) ilə uzunmüddətli və səmərəli əməkdaşlıq Azərbaycanın institusional potensialının gücləndirilməsinə, iqtisadi dayanıqlılığın artırılmasına mühüm töhfə verir.
Bu barədə Azərbaycan Mərkəzi Bankın (AMB) sədrinin birinci müavini Əliyar Məmmədyarov Dünya Bankı və IMF-nin Seçki Qrupunun Daşkənddə keçirilən toplantısında bildirib.
O, həmçinin qlobal və regional makroiqtisadi trendlər, maliyyə sektorunun inkişaf dinamikası, eləcə də maliyyə sabitliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən siyasət tədbirlərindən danışıb.
28 İyul 2026
28 İyul 2026
27 İyul 2026