14:38 - 30.06.2026
30 iyun, Fineko/abc.az. Bu ilin yanvar-aprel aylarında Azərbaycan 1,78 milyon ABŞ dolları dəyərində 2 853 ton armud ixrac edib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 18 %, kəmiyyət olaraq – 38 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyaya 1,71 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 19 % çox) 2 725 ton (+40 %), Qazaxıstana 47 min ABŞ dolları dəyərində (+21 %) 90,4 ton (+10 %), Gürcüstana 7,4 min ABŞ dolları dəyərində 15 ton (1 il əvvəl tədarük olmayıb), Suriyaya 7,33 min ABŞ dolları dəyərində 11,3 ton, Birləşmiş Ərəb Əmirliklərinə 3,1 min ABŞ dolları dəyərində (-81 %) 6 ton (-75 %) məhsul satıb.
Bu il son 16 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Türkmənistana (1,34 min ABŞ dolları dəyərində 3,4 ton) və Suriyaya tədarük həyata keçirilib.
25 Noyabr 2026
25 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026