Qazaxıstan iqtisadiyyatı 1 ildə 6,5 % böyüyüb

14:04 - 30.06.2026


30 iyun, Fineko/abc.az. Qazaxıstan iqtisadiyyatı sürətlə böyüməyə davam edir.

ABC.AZ xəbər verir ki, ötən ilin yekunları üzrə Qazaxıstan iqtisadiyyatı 6,5 % artıb.

Ölkənin ümumi daxili məhsulu 300 milyard dolları ötüb. Adambaşına düşən ÜDM 15 min dollara çatıb.

Cari ilin beş ayının yekunlarına görə, inflyasiya 10,4 %-ə qədər azalıb.