11:23 - 30.06.2026
30 iyun, Fineko/abc.az. “Kaspian Speşialist Servises” QSC-nin xalis mənfəəti ötən illə müqayisədə təxminən 31% azalaraq 1 milyon 173 min manatdan 894 557 manata düşüb.
ABC.AZ şirkətin hesabatına istinadən xəbər verir ki, “Kaspian Speşialist Servises” QSC-nin satışdan gəlirləri 2024-cü ildəki 3 milyon 357 min manat səviyyəsindən 2025-ci ildə 2 milyon 740 min manata qədər geriləyib (18.4% azalma).
Bununla paralel olaraq, əməliyyat mənfəəti də 1 milyon 466 min manatdan 1 milyon 107 min manata enib.
Hesabat dövründə şirkətin cəmi aktivləri illik müqayisədə artaraq 8 milyon 818 min manatdan 9 milyon 738 min manata, cəmi kapitalı 7 milyon 866 min manatdan 8 milyon 171 min manata yüksəlib. Nizamnamə kapitalı dəyişməz qalaraq 2 000 manat təşkil edib.
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026