16:17 - 25.06.2026
25 iyun, Fineko/abc.az. Azərbaycanda tikinti və mühəndislik şirkəti “Kontur Arxitektura Layihə-Sənaye” QSC 2025-ci ildə “ULT Grup” MMC-ni tam şəkildə satın alıb.
ABC.AZ xəbər verir ki, “ULT Grup” MMC-nin 100%-lik payı 2025-ci ilin əvvəlində “Kontur Arxitektura Layihə-Sənaye” QSC-yə satılıb. Nəticədə “ULT Grup” şirkətin tam törəmə müəssisəsinə çevrilib.
“ULT Grup” MMC 2020-ci ildə yaradılıb və 100 manat nizamnamə kapitalına sahibdir.
Bu dəyişmələr fonunda şirkətin direktoru da dəyişib. Yarandığı gündən ona rəhbərlik edən Hüseynzadə Əflatun Zaur oğlunu Məmmədov Kamran Elman oğlu əvəz edib.
“Kontur Arxitektura Layihə-Sənaye” QSC-nin yeganə səhmdarı Rzayev Rizvan İlyas oğludur. Şirkətin nizamnamə kapitalı 322 min manat təşkil edir. 2025-ci ildə cəmiyyət 3.17 mln. manat xalis mənfəət əldə edib. Hesabat dövrünün sonunda bölüşdürülməmiş mənfəət 15.79 mln. manata çatıb. Şirkət il ərzində 1.39 mln. manat dividend elan edib və ödəyib.
©Banker