16:11 - 25.06.2026
25 iyun, Fineko/abc.az. Aeroskosmik komponentlər istehsalçısı “Doncasters” Nyu-York Fond Birjasında IPO vasitəsilə 919,3 mln ABŞ dolları cəlb edib və 27,9 mln səhmni 33 dollardan (28–32 dollar diapazonundan yuxarı) satıb.
ABC.AZ xəbər verir ki, listinq borcun restrukturizasiyasından sonra mümkün olub və bu zaman şirkət üzərində nəzarət Dubai International Capital-dan kreditorlara keçib. Precision Castparts tərkibinə daxil olan Doncasters aviasiya mühərrikləri və qaz turbinləri üçün komponentlər istehsal edir.
Yerləşdirmənin təşkilatçıları Jefferies və Morgan Stanley olub. Səhmlər DPC tikeri ilə ticarətə çıxarılacaq.