Dünyanın ən iri şirkətləri Forbes Global 2000 reytinqində rekordları yeniləyib

15:21 - 25.06.2026


25 iyun, Fineko/abc.az. Forbes Global 2000 reytinqi dünyanın ən iri ictimai şirkətlərində gəlir, mənfəət, aktivlər və bazar kapitallaşması üzrə rekord göstəricilər qeydə alıb.

ABC.AZ xəbər verir ki, şirkətlərin ümumi satışları 56 trilyon dollara (+6%), mənfəət 5,5 trilyon dollara (+13,9%), aktivlər 272 trilyon dollara (+12,9%) çatıb. Bazar kapitallaşması isə 31,8% artaraq 30 trilyon dollardan çox yüksəlib.

Əsas artım, süni intellekt sahəsində fəaliyyət göstərən şirkətlərdə olub — onların ümumi kapitallaşması 41,4 trilyon dollara yaxınlaşaraq demək olar ki, ikiqat artıb.

Reytinqdə birinci yeri yenə JPMorgan Chase tutub. Ardınca Amazon, Berkshire Hathaway, Alphabet və Saudi Aramco gəlir.

İlk onluğa həmçinin Bank of America və Microsoft daxil olub.

Ölkələr üzrə ABŞ liderdir (593 şirkət), ardınca Çin (300) və Yaponiya (179) gəlir. ABŞ həm də ümumi bazar kapitallaşmasına görə lider mövqeyini qoruyur (təxminən 67,9 trilyon dollar).