Qlobal polad istehsalı 2026-cı ilin mayında azalıb

14:07 - 24.06.2026


24 iyun, Fineko/abc.az. 2026-cı ilin may ayında dünya üzrə polad istehsalı illik müqayisədə 0,3% azalaraq 157,9 milyon ton təşkil edib.

ABC.AZ xəbər verir ki, World Steel Association-ın məlumatına görə, MDB ölkələri üzrə istehsal illik 4,8% azalsa da, aylıq müqayisədə 11,6% artaraq 6,7 milyon tona yüksəlib.

Ən iri istehsalçılar sırasına Çin, Hindistan, ABŞ, Yaponiya, Rusiya, Cənubi Koreya, Türkiyə, Almaniya, Braziliya və Vyetnam daxildir.

Yanvar–may dövründə dünya üzrə polad istehsalı 1,5% azalaraq 773,1 milyon ton olub.