Bakı Zooparkı ləğv edilir?

14:21 - 23.06.2026


23 iyun, Fineko/abc.az. Bakı Şəhər Heyvanat Parkı (Zoopark) ləğv edilərək paytaxtda yeni yaradılan “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) birləşdirilir.

ABC.AZ xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədovun “Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Prezident Fərmanının icrasını təmin etmək məqsədilə imzaladığı Sərəncamda qeyd olunub.

Sərəncama əsasən, Bakı Şəhər İcra Hakimiyyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər aidiyyəti qurumlarla razılaşdırmaqla, Bakı Şəhər Heyvanat Parkının Sahibsiz Heyvanlara Qayğı Mərkəzinə birləşmə yolu ilə yenidən təşkili barədə təkliflərini iki ay müddətində hökumətə təqdim etməlidir.