15:01 - 22.06.2026
22 iyun, Fineko/abc.az. 2025-ci ildə dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı əvvəlki illə müqayisədə 4,5 faiz artaraq 2 059 manata çatıb.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2026-cı il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 27,3 min nəfər olmuşdur. Onların 31,4 faizini qadınlar təşkil edib. Dövlət qulluqçularının 7,6 faizi inzibati vəzifələrin ali–3-cü təsnifatları, 3,9 faizi 4-cü təsnifat, 12,4 faizi 5-ci təsnifat, 8,7 faizi 6-cı təsnifat, 44,2 faizi 7-ci təsnifat, 23,2 faizi isə yardımçı vəzifələr üzrə çalışıb.
Qulluq stajına görə dövlət qulluqçularının 6,6 faizi 1 ilədək, 23,6 faizi 1–5 il, 23,6 faizi 5–10 il, 18,8 faizi 10–15 il, 27,4 faizi isə 15 il və daha çox staja malik olub.
Yaş bölgüsündə dövlət qulluqçularının 3 faizi 25 yaşadək, 11,6 faizi 25–29 yaş, 18 faizi 30–34 yaş, 16,7 faizi 35–39 yaş, 13,3 faizi 40–44 yaş, 10,5 faizi 45–49 yaş, 8,1 faizi 50–54 yaş, 7,5 faizi 55–59 yaş, 9,2 faizi 60–64 yaş, 2,1 faizi isə 65 və yuxarı yaş qrupunda olub.
22 İyun 2026
22 İyun 2026
22 İyun 2026
20 İyun 2026
20 İyun 2026
20 İyun 2026