15:44 - 19.06.2026
19 iyun, Fineko/abc.az. Hazırda Azərbaycanda İslam İnkişaf Bankı (IsDB) Qrupu ilə birlikdə ümumi dəyəri təxminən 640 milyon ABŞ dolları olan 11 layihə icra mərhələsindədir.
ABC.AZ xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən IsDB Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində təşkil olunmuş yekun mətbuat konfrasında bildirib.
Nazir əlavə edib ki, Azərbaycan IsDB-nin üzvü olduqdan sonra onun nizamnamə kapitalındakı ilkin payı 0,1 % olsa da, bu illər ərzində 1 %-ə yüksəlib:
"Bu göstərici Azərbaycanın Qrupun fəaliyyətində artan rolunu və bu təşkilata sadiqliyini nümayiş etdirir. Azərbaycan–IsDB əməkdaşlığının inkişafına verilən ölkəmizijn "Dostluq" ordeni ilə qiymətləndirilib. Bu yüksək mükafat tərəfdaşlığa ən ali səviyyədə verilən önəmi bir daha təsdiqləyir.
IsDB müstəqilliyimizin ilk illərindən Azərbaycana dəstək göstərən ilk beynəlxalq maliyyə qurumlarından biri olub. Bu gün isə tərəfdaşlıq Azərbaycanın nailiyyətlərini əks etdirən yeni, daha transformativ mərhələyə qədəm qoyub. Həmin dövrdən bəri Bank infrastruktur, kənd təsərrüfatı, enerji, su təsərrüfatı, nəqliyyat və maliyyə xidmətləri daxil olmaqla iqtisadiyyatın əsas sahələrində 84 əməliyyat üzrə təxminən 1,8 milyard ABŞ dolları maliyyələşdirmə aparıb. Bu layihələrin böyük əksəriyyəti artıq uğurla başa çatdırılıb".