11:54 - 19.06.2026
19 iyun, Fineko/abc.az. Sənədsiz evlər üçün amnistiya elan edilməsi təklif olunub.
ABC.AZ xəbər verir ki, belə təkliflə Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Kamal Cəfərov çıxış edib.
Deputat bildirib ki, hazırda Azərbaycanda 500 mindən çox sənədsiz ev mövcuddur:
“Bu məsələnin həlli ilə bağlı müxtəlif vaxtlarda müəyyən tədbirlər həyata keçirilsə də, sistemli və kompleks islahatlara ehtiyac var. Mülkiyyət hüququnun tanınması çox fundamental məsələdir. Bu gün sənədsiz evlərdə yaşayan şəxslər qeydiyyata düşə bilmirlər. Qeydiyyata düşə bilmədikləri üçün yaşadıqları ərazi üzrə dövlət xidmətlərindən tam şəkildə yararlana bilmir, evlərinə qaz çəkdirə bilmirlər. Ailə başçısı vəfat etdikdə vərəsəlik hüququnun rəsmiləşdirilməsi çətinləşir, əmlakın övladlara qanuni qaydada ötürülməsində problemlər yaranır".
19 İyun 2026
19 İyun 2026
17 İyun 2026