10:02 - 18.06.2026
18 iyun, Fineko/abc.az. Çörək və qənnadı məmulatların istehsalı ilə məşğul olan “Burma” QSC 2025-ci ili 359 310 manat mənfəətlə başa vurub. 2024-cü ildə şirkətin mənfəəti 908 335 manat olub ki, bu da illik müqayisədə mənfəətin 2.5 dəfə azalması deməkdir.
ABC.AZ QSC-nin maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il “Burma” QSC-nin əsas əməliyyat gəlirləri 2024-cü ildə 14 milyon 962 min manat ikən, 2025-ci ildə 15 milyon 361 min manata yüksəlib (3% artıb).
31 dekabr 2025-ci tarixində “Burma” QSC-nin cəmi aktivləri 11 milyon 500 min manatdan 10 milyon 29 min manata, cəmi öhdəlikləri 10 milyon 529 min manatdan 9 milyon 338 min manata düşüb, cəmi kapitalı isə 179 min manatdan 971 min manata çatıb.
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026