AMB valyuta ehtiyatlarının 93%-ni dollar daxilində saxlayır – Portfelin yeni strukturu

19:00 - 12.06.2026


12 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı rəsmi valyuta ehtiyatlarının şaxələndirilməsi (diversifikasiyası) və idarəetmə mexanizminin strukturuna dair təsnifatı açıqlayıb.

ABC.AZ xəbər verir ki, hesabat ilində ehtiyatlar iki əsas tranşa bölünüb: pul siyasətini dəstəkləyən əməliyyat tranşı və gəlirliliyin artırılmasına xidmət edən investisiya tranşı.

Ötən ilin sonuna rəsmi valyuta ehtiyatlarının valyuta coğrafiyası və strukturu növbəti qaydada formalaşıb:

  • ABŞ dolları: 93% (portfelin mütləq əksəriyyəti);

  • SDR (BVF-nin xüsusi borcalma hüquqları): 6%;

  • Çin yuanı və Qətər rialı: 1%.

Mərkəzi Bank vəsaitlərin təhlükəsizliyini təmin etmək üçün onları yalnız yüksək investisiya dərəcəli kredit reytinqinə malik xarici dövlətlərin və kvazi-dövlət qurumlarının borc öhdəliklərinə (görəclərinə) yatırıb.