15:26 - 12.06.2026
12 iyun, Fineko/abc.az. Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşir.
ABC.AZ xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə əlavə edilən yeni – 388-4-cü maddədə əksini tapıb.
Layihəyə əsasən, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunda qeyd edilən məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməməsinə və ya təqdim edilməsi müddətinin pozulmasına, yaxud natamam və ya təhrif edilmiş məlumatın təqdim edilməsinə görə vəzifəli şəxslər altı min manatdan yeddi min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir.
12 İyun 2026
12 İyun 2026
10 İyun 2026
10 İyun 2026
10 İyun 2026
10 İyun 2026
10 İyun 2026