12:19 - 12.06.2026
12 iyun, Fineko/abc.az. 2025-ci ildə Azərbaycanda hüquqi şəxslərə digər subsidiyaların əhəmiyyətli artımı fonunda dövlət müəssisələrinə yönəldilən subsidiyalar azalıb, aparılan təhlillər bu azalmanın əsasən subsidiyaların uçotundakı təhriflərdən qaynaqlandığını göstərib.
ABC.AZ xəbər verir ki, bu barədə Hesablama Palatasının "2025-ci il dövlət büdcəsinin icrası" haqqında qanun layihəsinə verdiyi Rəydə bildirilir.
Sənədə əsasən, hesabat ilində dövlət büdcəsində subsidiyalar üzrə 1 milyard 167,1 milyon manat vəsait icra edilib ki, bu da dövlət büdcəsi xərclərinin 3 %-ni təşkil edir (2024-cü ildə 2,8 %). 2025-ci ildə subsidiyalar təsdiq edilmiş məbləğlə müqayisədə 12,7 %, dürüstləşmiş proqnozla müqayisədə 6,5 % az, 2024-cü ilin icrası ilə müqayisədə isə 10,7 % çox icra edilib.
2024-cü illə müqayisədə cəmi subsidiyalar artsa da, dövlət müəssisələrinə subsidiyalar azalıb, subsidiyaların artımına əsas təsir hüquqi şəxslərə digər subsidiyalardan qaynaqlanmışdır. Belə ki, hesabat ilində dövlət müəssisələrinə subsidiyalar 55,6 milyon manat (11,4 %) azalıb, qeyri-dövlət müəssisələrinə və hüquqi şəxslərə digər subsidiyalar isə müvafiq olaraq 4,6 milyon manat (5,2 %) və 163,8 milyon manat (34,2 %) artıb.
12 İyun 2026
12 İyun 2026
10 İyun 2026
10 İyun 2026
10 İyun 2026