11:08 - 11.06.2026
11 iyun, Fineko/abc.az. Qeyri-neft sənayesin sektorunda zəngin xammal potensialı var.
ABC.AZ-ın məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov ITV və AZƏRTAC-a müsahibəsində bildirib.
O qeyd edib ki, bu da bizim təbii neft və qaz sektorunun fəaliyyətindən irəli gəlir – bir sıra yüksək dəyər yarada bilən sahələr, yəni polietilen, polimerlər, polipropilen və bir sıra yan məhsullar üçün zəngin bazamız mövcuddur.
Onun sözlərinə görə, kənd təsərrüfatı ölkə üçün ənənəvi fəaliyyət növüdür, – burada müvafiq bilik və bacarıqlar var, – həmçinin qeyri-neft ixracında çox mühüm mövqeyə malik olan bir sahədir.
“Digər tərəfdən, Prezidentin bu yaxınlarda təsdiqlədiyi müvafiq dövlət proqramına əsasən buraya həm dövlət tərəfindən zəruri olan tənzimləmə, kapital qoyuluşu və infrastruktur dəstəyi verilir, həmçinin özəl sektorun sərmayələri cəlb olunur. Biz Azərbaycanın münbit iqlim şəraitindən, coğrafi yerləşməsindən və mövcud ticarət sazişlərindən istifadə edirik və bu, bizim üçün prioritet sahə kimi görünür”, – nazir bildirib.
10 İyun 2026
10 İyun 2026