16:41 - 8.06.2026
8 iyun, Fineko/abc.az. Nvidia gələcəyə hazırlıq üzrə reytinqdə birinci yeri tutaraq Alphabet, Microsoft, Meta Platforms və Cisco Systems-ni geridə qoyub. Reytinq Bendable Labs tərəfindən The Wall Street Journal üçün hazırlanıb və süni intellekt, innovasiyalar, kadr potensialı və dayanıqlılıq daxil olmaqla 30 meyarı əhatə edir.
ABC.AZ xəbər verir ki, ilk 25-likdə əsasən texnologiya şirkətləri üstünlük təşkil etsə də, maliyyə və əczaçılıq sektorunun nümayəndələri də yer alıb. Apple yalnız 12-ci yerdə qərarlaşıb və süni intellekt üzrə 56-cı yerdə olub.
Yarımkeçirici şirkətlər arasında AMD 16-cı yeri tutaraq çeviklik və innovasiyalarla fərqlənib, Broadcom isə kadr hazırlığı və risklər səbəbindən daha aşağı mövqedə qərarlaşıb.
10 İyun 2026
10 İyun 2026
10 İyun 2026
8 İyun 2026