Ermənistan Azərbaycanla yaxın vaxtlarda sülh sazişi imzalaya bilər

11:03 - 8.06.2026


8 iyun, Fineko/abc.az. Ermənistan yaxın vaxtlarda Azərbaycanla sülh sazişini imzalamaq niyyətindədir.

ABC.AZ xəbər verir ki, bu barədə “News.am”-da məqalə dərc olunub.

Məqalədə qeyd edilib ki, bu barədə  Ermənistan parlamentin komissiyasının iclasında Baş nazir Nikol Paşinyan bildirib. “Bu istiqamətdə işlər görəcəyik”, – Paşinyan deyib.

O qeyd edib ki, TRIPP-in ratifikasiya prosesi yaxın vaxtlarda başlamalıdır.