“MJ Financial Services” BOKT-nin xalis mənfəəti 18 faizdən çox azalıb

11:16 - 3.06.2026


3 iyun, Fineko/abc.az. “MJ Financial Services” Bank Olmayan Kredit Təşkilatının MMC 2025-ci ildə 3,47 milyon manat xalis mənfəət əldə edib ki, bu da əvvəlki illə müqayisədə 18,6 faiz azdır. Gəlirlərin artmasına baxmayaraq, əməliyyat və vergi xərclərinin yüksəlməsi mənfəətin azalmasına səbəb olub.

ABC.AZ xəbər verir ki, faiz gəlirləri 9,78 milyon manata, xalis faiz gəlirləri isə 9 milyon manata yüksəlib.

Bununla yanaşı, ümumi və inzibati xərclər 54,5 faiz artaraq 4,65 milyon manata çatıb.

2025-ci ilin sonuna şirkətin aktivləri 48,6 faiz artaraq 21,97 milyon manata yüksəlib. Xalis kredit portfeli 18,15 milyon manat təşkil edib, 360 gündən çox gecikmiş kreditlərin payı isə 4 faiz olub. Pul vəsaitləri 3,13 milyon manata çatıb ki, bu da əsasən 4,80 milyon manatlıq kapital qoyuluşu ilə bağlıdır.

Öhdəliklər 8,64 milyon manat, kapital isə 13,33 milyon manat olub. BOKT il ərzində 2,35 milyon manat dividend ödəyib.

İşçi sayı bir ildə 62 nəfərdən 83 nəfərə yüksəlib.