Alphabet süni intellekt infrastrukturunun inkişafı üçün 80 milyard dollar cəlb etməyi planlaşdırır

11:53 - 2.06.2026


2 iyun, Fineko/abc.az. Google-un sahibi olan Amerika korporasiyası Alphabet səhmlərin yerləşdirilməsi vasitəsilə 80 milyard dollar cəlb etməyi planlaşdırır.

ABC.AZ xəbər verir ki, bu barədə Bloomberg yazıb.

Gözlənilir ki, vəsait süni intellekt infrastrukturunun genişləndirilməsinin maliyyələşdirilməsinə yönəldiləcək.

Planlara əsasən, 30 milyard dollar Goldman Sachs, JPMorgan Chase və Morgan Stanley banklarının iştirakı ilə açıq səhmlərin yerləşdirilməsi vasitəsilə cəlb olunacaq. Əlavə 10 milyard dolları Berkshire Hathaway ilə özəl razılaşma çərçivəsində əldə edəcək. Daha sonra 3-cü rübdə Alphabet açıq bazarda 40 milyard dollara qədər səhmin satış proqramına başlayacaq.