Azərbaycanda “lizinq” anlayışı ləğv edilir

14:09 - 26.05.2026


26 may, Fineko/abc.az. Azərbaycanda “lizinq” anlayışı ləğv edilir.

ABC.AZ xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Maliyyə icarəsi haqqında” yeni qanun layihəsində əksini tapıb. Yeni qanun layihəsinin hazırlanmasının zərurəti və onun mahiyyətinə keçməzdən öncə bir konseptual məsələyə diqqəti yönəltməyə ehtiyac var. Bu məsələ milli qanunvericilikdə istifadə olunan “lizinq” termininin (anlayışının) “maliyyə icarəsi” termini (anlayışı) ilə əvəz edilməsi ilə bağlıdır.

Qeyd etmək lazımdır ki, beynəlxalq termin olan “leasing” sözü dilimizə tələffüz olunduğu kimi keçmiş, yəni “lizinq” kimi ifadə olunub, hazırda təqdim olunan qanun layihəsində isə onun “maliyyə icarəsi” kimi işlədilməsi (tərcümə olunması) məqsədəuyğun hesab edilib.

Məlumat üçün bildiririk ki, bir sıra ölkələrdə də “financial lease” termini həmin ölkələrin dilində hərfi tərcümədə olduğu kimi istifadə edilir.