11:56 - 19.05.2026
19 may, Fineko/abc.az. Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin 2027-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur.
ABC.AZ xəbər verir ki, bunu Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Münaqişədən sonrakı şəhərsalma: məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması” mövzusunda təşkil olunan tədbirdə deyib.
"Artıq dəmir yolunun layihələndirmə işlərinin 90 faizi, tikinti işlərinin 50 faizi həyata keçirilib. Gələn il üçün tikinti işlərinin yekunlaşdırılması və istifadəyə verilməsi planlaşdırılır", - o vurğulayıb.
10 İyun 2026
8 İyun 2026