“DOST İş Mərkəzi” 1,3 milyon manata ofis sahəsi icarəyə götürür

12:03 - 18.05.2026


18 may, Fineko/abc.az. “DOST İş Mərkəzi” ofis sahəsinin icarəsi üçün 1,3 milyon manatlıq satınalma edib.

ABC.AZ xəbər verir ki, “DOST İş Mərkəzi” MMC tərəfindən ofis sahəsinin icarə xidmətlərinin satın alınması ilə bağlı keçirilən satınalmanın nəticəsi açıqlanıb.

Satınalmanın qalibi Əşrəf Səxavət oğlu Səfərov olub. Müqavilənin dəyəri 1 milyon 320 min manat təşkil edir. 2750 kvadratmetrlik ofis sahəsinin 24 ay müddətinə icarə xidmətlərinin satın alınması həyata keçirilir.