10:17 - 18.05.2026
18 may, Fineko/abc.az. Çin Ticarət Nazirliyi Pekində Donald Tramp ilə Si Cinpin arasında keçirilən sammitin nəticələrini açıqlayıb: tərəflər ticarətin genişləndirilməsi üçün, o cümlədən kənd təsərrüfatı sahəsində qarşılıqlı rüsumların mümkün azaldılması kimi addımlar planlaşdırır.
ABC.AZ xəbər verir ki, konkret detallar hələ açıqlanmayıb və danışıqlar davam edir. Tramp isə daha əvvəl bildirmişdi ki, görüş zamanı rüsumlar mövzusu müzakirə olunmayıb.
Çin ABŞ-dan təyyarə almaq niyyətini təsdiqləyib və ət məhsulları ilə quş ətinin idxalının sadələşdiriləcəyini vəd edib. Həmçinin tərəflər ticarət və investisiya üzrə birgə şuraların yaradılması barədə razılığa gəliblər.
ABŞ isə sanitariya tələbləri ilə bağlı süd məhsulları, dəniz məhsulları və bitkilərin idxalında yaranan gecikmələrlə bağlı Çinin narahatlıqlarını nəzərdən keçirəcək.
28 İyul 2026
28 İyul 2026
27 İyul 2026