Qızıl son 10 gündə ilk dəfə 4 600 dollardan aşağı düşüb

11:30 - 15.05.2026


15 may, Fineko/abc.az. Comex birjasında 2026-cı ilin iyun ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçersinin qiyməti 2026-cı il mayın 5-dən bəri ilk dəfə bir troya unsiyası üçün 4 600 dollar həddindən aşağı düşüb.

ABC.AZ xəbər verir ki, bu barədə ticarət meydançasının məlumatlarında qeyd olunub.

Bakı vaxtı ilə saat 09:08-ə olan məlumata görə, qızılın qiyməti 1,9% azalaraq bir troya unsiyası üçün 4 596,5 dollara düşüb.

Saat 09:13-ə qədər fyuçersin qiyməti ucuzlaşmanı sürətləndirərək 4 592,6 dollar (-1,98%) səviyyəsində qərarlaşıb.