17:14 - 14.05.2026
14 may, Fineko/abc.az. 2025-ci ildə Azərbaycanda elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib.
Bu barədə ABC.AZ Mərkəzi Bankın (AMB) "Dayanıqlı maliyyə hesabatı"na istinadla xəbər verir.
Sənədə əsasən, ötən il elektrik və hibrid avtomobil kreditinin ümumi avtomobil portfelində payı kreditlərin sayı üzrə illik müqayisədə 13 faiz bəndi artaraq 48%-dən 61%-ə, kreditlərin məbləği üzrə isə 6 faiz bəndi artaraq 65%-dən 71%-ə çatıb.
Hesabata əsasən,aşağı emissiyalı nəqliyyat vasitələrinə keçid bankların avtomobil kredit portfelində də əksini tapıb. 2025-ci ildə həm kredit məbləği (75 milyon manat), həm də kredit sayı üzrə göstəricilər 2024-cü illə müqayisədə artım nümayiş etdirib. Artım, xüsusilə kredit sayı üzrə daha nəzərəçarpan olub, bu isə kreditləşmə fəallığının genişləndiyini göstərir. Bu dinamika aşağı emissiyalı nəqliyyat vasitələrinə tələbin artdığını və maliyyə resurslarının daha ekoloji səmərəli nəqliyyat seqmentinə yönləndirildiyini göstərir.
Eyni zamanda qeyd edilib ki, 2025-ci ildə hibrid avtomobillərin idxaldakı payı kəskin şəkildə artaraq 60%-ə yüksəlib. Bu artım hibrid avtomobillərin bazarda daha geniş yayılması və istehlakçılar tərəfindən daha çox üstünlük verilməsi ilə izah oluna bilər. Bu tendensiya infrastruktur, qiymət fərqləri, enerji təminatı və istehlakçı davranışı kimi amillərlə əlaqəli ola bilər.
30 İyul 2026
29 İyul 2026