Dörd ayda sığortaedənlərin sayı 2,2 milyon vahidi keçib

10:43 - 14.05.2026


14 may, Fineko/abc.az. Bu ilin yanvar-aprel aylarında Azərbaycanda fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı 30,7 min vahiddən çox artaraq 2,2 milyon vahiddən çox olub.

ABC.AZ xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.

Bildirilib ki, qeydə alınan sığortaedənlərin sayı hüquqi şəxslər üzrə 4,3 min, fiziki şəxslər üzrə 24,6 min, torpaq mülkiyyətçiləri üzrə isə 1,7 min vahiddən çox artıb.