10:53 - 12.05.2026
12 may, Fineko/abc.az. "Qala Həyat Sığorta" ASC bu ilin I rübünü 1,995 milyon manat xalis mənfəətlə başa vurub.
ABC.AZ şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,05 % azdır.
Yanvar-mart aylarında "Qala Həyat Sığorta"nın gəlirləri 7,136 milyon manat (1 il əvvələ nisbətən 17,4 % çox), xərcləri 4,642 milyon manat (34,55 % çox), mənfəət vergisi ödəmələri isə 499 min manat (5,05 % az) təşkil edib.
Bu il aprelin 1-nə "Qala Həyat Sığorta"nın aktivləri 51,173 milyon manat olub ki, bu da illik müqayisədə 8,7 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 21,5 % artaraq 23,509 milyon manata, balans kapitalı isə 0,3 % azalaraq 27,664 milyon manata düşüb.
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
28 Oktyabr 2026
28 Oktyabr 2026
29 Oktyabr 2026
28 Oktyabr 2026