11:08 - 8.05.2026
8 may, Fineko/abc.az. ABB son 3 ildə süni intellektin inrastrukturuna 12 milyon manat sərmayə qoyulub.
ABC.AZ xəbər verir ki, bunu ABB-nin Dayanıqlılıq Hesabatına dair mətbuat konfransında Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib.
Onun sözlərinə görə, bu sərmayələr stabil deyil və davamlı olacaq.
A.İbrahimov qeyd edib ki, sözügedən dövrdə süni intellektin tətbiqindən Bank 35 milyon manat qazanıb:
"Bu da interaktiv rəqəmlərdir. Yəni, qarşıdakı illərdə, dövrlərdə də yəqin ki, bu sahəyə investisiyalarımız artdıqca gəlirlərimiz də çoxalacaq. Hazırda bizim Bankımız süni intellektə diqqət yetirən Banklar sırasında deyə bilərəm ki, liderdir. Və bu sahəyə diqqəti biz qeyd etdiyim kimi, artıracağıq".
Müəllif: Elmir Muradov