Naxçıvanda aktiv ƏDV ödəyicilərinin sayı 4%-ə yaxın artıb

17:43 - 7.05.2026


7 may, Fineko/abc.az. Bu il mayın 1-nə Naxçıvan Muxtar Respublikasında aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 1,6 % artaraq 22 708 təşkil edib.

ABC.AZ Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bu dövrdə ölkədə aktiv ƏDV ödəyicilərinin sayı 3,5 % artaraq 644 olub.

Həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı isə 20,4 % artımla 7 334 min təşkil edib.