ABŞ və İran müharibəni bitirmək üçün saziş imzalamağa yaxındır

16:58 - 6.05.2026


6 may, Fineko/abc.az. Vaşinqton və Tehran müharibənin dayandırılması ilə bağlı razılaşmaya yaxındır.

ABC.AZ xəbər verir ki, bu barədə Axios mənbələrə istinadən məlumat yayıb.

Təklif olunan memorandum İranda uranın zənginləşdirilməsinin dayandırılmasını, həmçinin ABŞ tərəfindən İranın milyardlarla dollar həcmində aktivlərinin dondurulmasının aradan qaldırılmasını nəzərdə tutur. Tərəflər eyni zamanda Hörmüz boğazı vasitəsilə sərbəst gəmiçilik məsələsini də müzakirə edir.

Mənbələrin məlumatına görə, 14 maddədən ibarət sənəd münaqişənin dayandırılmasını rəsmiləşdirə və nüvə proqramı üzrə danışıqlara yol aça bilər. ABŞ əsas məsələlər üzrə İranın cavabını 48 saat ərzində gözləyir. Vasitəçilər bildirir ki, tərəflər eskalasiyanın başlanmasından bəri razılaşmaya ən yaxın mərhələdədir.

Mümkün yumşalma siqnalları bazarlara da təsir edib: Brent markalı neftin qiyməti 5%-dən çox ucuzlaşaraq son iki həftənin minimumuna enib.