09:20 - 6.05.2026
6 may, Fineko/abc.az. Çərşənbə günü keçirilən hərraclarda etalon markaların qiymətləri əvvəlki sessiyanın nəticələrinə görə xeyli azaldıqdan sonra ucuzlaşmaqda davam edir.
Bakı vaxtı ilə saat 09:15-ə olan məlumata görə, "ICE Futures Europe" birjasında "Brent" neftinin iyul fyuçersi 0,95 dollar (–0,86%) ucuzlaşaraq bir barrel üçün 108,92 dollar təşkil edib. 5 may tarixinə olan hərracların yekununda bu müqavilənin qiyməti 4,57 dollar (–3,99%) azalaraq bir barrel üçün 109,87 dollara enmişdi.
"New York Mercantile Exchange" (NYMEX) birjasında "WTI" neftinin iyun fyuçersinin qiyməti saat 09:15-ə qədər 0,98 dollar (–0,96%) azalaraq bir barrel üçün 101,29 dollar olub. Əvvəlki sessiyanın nəticələrinə görə, müqavilə 4,15 dollar (–3,90%) ucuzlaşaraq bir barrel üçün 102,27 dollara düşmüşdü.

4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026