16:56 - 4.05.2026
4 may, Fineko/abc.az. Azərbaycan bankları 2026-cı ilin ilk rübündə komissiyadan 105.1 mln. manat gəlir əldə ediblər.
ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bu da illik müqayisədə komissiya gəlirlərinin 15% artımı deməkdir. Ötən ilin eyni dövründə komissiya gəlirləri 91.4 mln. manat olmuşdu.
Banklar bu müddət ərzində aktivlərini cəmi 6% artırmaqla 57,96 mlrd. manata, faiz gəlirlərini 18% artımla 1,34 mlrd. manata qaldırıblar.
30 İyul 2026
29 İyul 2026