14:19 - 4.05.2026
4 may, Fineko/abc.az. "Nas Project" ASC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ili 525 min manat xalis mənfəətlə başa vurub.
ABC.AZ BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 10,9% azdır.
Ötən il "Nas Project"in vergiyəqədərki mənfəəti 678 min manat (əvvəlki ilə nisbətən 7,9% az), mənfəət vergisi ödəmələri isə 154 min manat (4,8% çox) təşkil edib.
Bu il yanvarın 1-nə "Nas Project"in aktivləri 8,319 milyon manat olub ki, bu da illik müqayisədə 61,3% çoxdur. Bunun 7,379 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2025-ci ildə BOKT-un kredit portfeli 45,5% böyüyüb.
Hesabat dövründə "Nas Project"in öhdəlikləri 97,5% artaraq 6,513 milyon manata çatıb, balans kapitalı isə 2,8% azalaraq 1,807 milyon manata düşüb.
Xatırladaq ki, "Nas Project" 2020-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,3 milyon manatdır. BOKT-un səhmdarı 100% Məhəmməd Quliyevdir.