11:39 - 4.05.2026
4 may, Fineko/abc.az. Azərbaycanda mikrokreditlərin həcmi 2026-cı ilin ilk rübündə 3% artaraq 3 mlrd. 675.9 mln. manata yüksəlib.
ABC.AZ Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, cari ilin əvvəlində ümumi mikrokreditlərin həcmi 3 mlrd. 675.9 mln. manat olmuşdu.
Mikrokreditlərin həcmi adətən ilin ilk rüblərində aşağı dinamika ilə dəyişir. Məsələn, keçən ilin ilk rübündə bu portfel rüblük 1 faiz kiçilmişdi. Növbəti 2-ci, 3-cü və 4-cü rüblərdə müvafiq olaraq 4%, 7%, 4% və 3% artmışdılar.
Kiçik biznesə verilən kreditlər isə 1% artımla 1mlrd. 732 mln. manat, orta bizneslər 0.17% artımla 2 mlrd. 292.8 mln. manata yüksələrkən, iri bizneslərdə kreditlə bağlı 0.42% soyuma qeydə alınıb. İri sahibkarlığa verilən kreditlər rübün sonu 8 mlrd. 514.3 mlrd. manata düşüb.