10:30 - 4.05.2026
4 may, Fineko/abc.az. Mayın 3-də Belqraddan Bakıya birbaşa uçan təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib.
ABC.AZ xəbər verir ki, iki şəhər arasında ilk aviareysi "Air Serbia" aviaşirkəti həyata keçirib.
Uçuşlar həftədə iki dəfə - Belqraddan uçuşlar çərşənbə və bazar günləri, Bakıdan isə cümə axşamı və bazar günləri üçün planlaşdırılıb.
Marşrut Azərbaycan ilə Avropa arasında hava əlaqələrini genişləndirərək turizm və işgüzar münasibətlərin inkişafına töhfə verir. İki ölkə arasında mövcud vizasız rejim isə səyahəti daha əlçatan edir və istiqamətə marağı artırır.
İlk reysin sərnişinləri aeroporta eniş zamanı ənənəvi su tağı mərasimi ilə qarşılanıb. Tədbir çərçivəsində Azərbaycan mədəniyyətini əks etdirən xatirə hədiyyələri təqdim olunub.
Rəsmi mərasimdə Azərbaycan hökumətinin təmsilçiləri, Serbiya nümayəndə heyəti və "Air Serbia" rəhbərliyi iştirak ediblər.
28 İyul 2026
28 İyul 2026
27 İyul 2026