09:39 - 30.04.2026
30 aprel, Fineko/abc.az. Cümə axşamı keçirilən hərraclarda neftin etalon markalarının qiyməti artır.
Bakı vaxtı ilə saat 09:24-ə olan məlumata görə, "ICE Futures Europe" birjasında "Brent" neftinin iyun fyuçersi $6,81 (5,77%) artaraq bir barel üçün $124,84 təşkil edib. Daha aktiv satılan "Brent"in iyul fyuçersləri saat 09:30-dək $3,27 (2,96%) bahalaşaraq bir barel üçün $113,71-ə çatıb.
29 aprel hərraclarının yekununda "Brent"in iyun fyuçersi $6,77 (6,08%) artaraq bir barel üçün $118,03, iyul müqaviləsi isə $6,04 (5,79%) artaraq $110,44 təşkil edib.
Saat 09:30-a olan məlumata görə, "New York Mercantile Exchange" (NYMEX) birjasında "WTI" neftinin iyun fyuçersinin qiyməti $2,63 (2,46%) artaraq bir barel üçün $109,51 olub.
29 aprel hərraclarının yekununda "WTI"nin iyun fyuçersi $6,95 (6,95%) bahalaşaraq bir barel üçün $106,88 təşkil edib.
