Qızılın qiyməti aprelin 13-dən bəri ilk dəfə 4 650 dollardan aşağı düşüb

10:14 - 28.04.2026


28 aprel, Fineko/abc.az. "Comex" birjasında 2026-cı ilin iyun ayında tədarük edilməli olan qızıl fyuçersinin dəyəri 2026-cı il aprelin 13-dən bəri ilk dəfə bir troya unsiyasına 4 650 dollardan aşağı düşüb.

ABC.AZ xəbər verir ki, bu barədə məlumat ticarət meydançasının göstəricilərində əks olunub.

Bakı vaxtı ilə saat 09:40-a olan məlumata görə, qızılın qiyməti 1,12% azalaraq bir troya unsiyası üçün 4 641,3 dollar təşkil edib.

Saat 09:45-ə olan vəziyyətə görə isə fyuçers 4 638 dollar (-1,19%) səviyyəsində qərarlaşıb. Eyni zamanda, 2026-cı ilin may ayında tədarük edilməli olan gümüş fyuçersinin qiyməti bir troya unsiyasına 73,135 dollar (-2,52%) təşkil edib.