Rusiyalılar Türkiyədə alış-verişləri Sürətli Ödənişlər Sistemi vasitəsilə rubl ilə ödəyə biləcəklər

16:50 - 27.04.2026


27 aprel, Fineko/abc.az. Türkiyədə rusiyalı turistlər öz bank tətbiqləri vasitəsilə Sürətli Ödənişlər Sistemi ilə alış-verişləri ödəyə biləcəklər. Xidmət ölkənin turizm zonalarında istifadəyə verilib.

ABC.AZ xəbər verir ki, bu barədə Rusiya Turoperatorlar Assosiasiyası (ATOR) məlumat yayıb.

Sürətli Ödənişlər Sistemi vasitəsilə rubl ilə ödəniş qəbul edən məntəqələri Turinvoice şirkətinin interaktiv xəritəsi vasitəsilə tapmaq mümkündür. Hazırda xəritədə Antalyada 800-dən çox, İstanbulda 240-dan çox, Egey sahillərində isə 80-dən artıq məntəqə göstərilir.

ATOR-un məlumatına görə, Türkiyədə bu cür məntəqələrin sayı hər ay təxminən 150 vahid artır. Sürətli Ödənişlər Sistemi ilə ödənişlər mağazalarda, kafelərdə, apteklərdə, suvenir dükanlarında qəbul olunur. Xidmət vasitəsilə SPA, ekskursiyalar, transferlər və digər xidmətlərin də ödənişini etmək mümkündür. Məbləğ alıcının tətbiqində dərhal rubl ilə göstərilir. Faktiki məzənnə isə 1 lirəyə 1,9 rubl təşkil edir.