16:21 - 24.04.2026
24 aprel, Fineko/abc.az. “Xalq Sığorta” 2026-cı ilin yanvar-mart aylarında əldə etdiyi əsas əməliyyat gəlirləri 5% azalaraq 7.33 milyon manata düşüb.
ABC.AZ xəbər verir ki, şirkətin cəmi xərcləri ötən ilin birinci rübü ilə müqayisədə 16% artaraq 5.93 milyon manat təşkil edib.
Şirkət rüb ərzində 7.28 milyon manat sığorta haqqı toplayıb ki, bu da ötən ilin eyni dövrü (7.43 milyon manat) ilə müqayisədə 2% azdır.
Əmlak Sığortası (Yanğın və digər risklər) üzrə yığımlarda 0.8% azalma (1.37 milyon manat) qeydə alınıb.
Avtonəqliyyat vasitələrinin sığortası üzrə yığımlar 4.2% artaraq 597 min manata çatıb. Bu sinif üzrə ödənişlər isə 35% artaraq 392 min manat olub. Zərərlilik dərəcəsi 77%-dən 80%-ə yüksəlib.
Müəllif: Elmir Muradov
27 İyul 2026
25 İyul 2026