10:29 - 24.04.2026
24 aprel, Fineko/abc.az. “Caspian Finance Bank Olmayan Kredit Təşkilatı” MMC nizamnamə kapitalının kəskin azaldıldığını elan edib.
ABC.AZ xəbər verir ki, “Caspian Finance Bank Olmayan Kredit Təşkilatı” MMC-nin İştirakçıların Ümumi Yığıncağının 20 aprel 2026-cı il tarixli 04/2026-2 saylı qərarına əsasən, cəmiyyətin nizamnamə kapitalında dəyişiklik edilib. Qərara uyğun olaraq, İştirakçıların Ümumi Yığıncağının 29 may 2025-ci il tarixli 05/2025-02 saylı qərarı ilə daşınmaz əmlak hesabına artırılmış 5 000 000 manat məbləğində nizamnamə kapitalı, əmlakın kapitaldan geri çıxarılması hesabına azaldılıb.
Onu da qeyd edək ki, BOKT-un nizamnamə kapitalı 10 milyon manat idi.