17:27 - 21.04.2026
21 aprel, Fineko/abc.az. 10 aprel 2026-cı ildən etibarən, “AtaSığorta” ilə vətəndaşlar arasında bağlanmış bütün sığorta müqavilələri "Atəşgah” Sığorta Şirkəti ASC-yə ötürülüb.
ABC.AZ xəbər verir ki, bu dəyişiklik nəticəsində, əvvəlki dövr ərzində “AtaSığorta”da sığortalanan vətəndaşlar, hər hansı bir sığorta hadisəsi və ya digər müraciətləri ilə bağlı bundan sonra yalnız “Atəşgah” Sığorta Şirkətinə müraciət etməli olacaqlar.
Keçid dövrünün problemsiz həyata keçirilməsi və müştərilərin hüquqlarının tam şəkildə qorunması məqsədilə müvafiq qaydalara tam riayət ediləcəkdir.
Şəffaflıq və məlumatlandırma prosesləri müvafiq olaraq təmin ediləcək, müştərilərin hər hansı bir narahatlıq yaşamaması üçün bütün lazımi tədbirlər görüləcəkdir.
Bu ötürülmə prosesi, “Atəşgah” Sığorta Şirkəti ASC üçün bazar mövqeyinin gücləndirilməsi və məhsul portfelinin genişləndirilməsi baxımından mühüm bir fürsət kimi dəyərləndirilir.
27 İyul 2026